Axtarışda olan qadın altı il sonra saxlanıldı

  • Space TV
  • 25 Fevral 2021 14:15

Dələduzluğa görə axtarışda olan qadın altı il sonra saxlanıldı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31.08.2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun