Axşam saatlarından yağan qar Qax rayonunu ağ örpəyə büruyüb.

  • SpaceTV
  • 17 Yanvar 2020 16:15

Bu məqsədlə Qax rayon polis şöbəsinin yol polis əməkdaşları yollarda təhlükəsizlik qaydaları ilə baglı gücləndirilmiş iş rejimində clçalışırlar.Tədbirlər əsasən rayonun dağ kəndlərini əhatə edib.Yolda qalmış və yaxud hərəkət edə bilməyən avtomobillərə yol polis əməkdaşları yardımçı olub.Yol polis əməkdaşları sürücüləri ehtiyatlı olmagı və əsasən də qış aylarında avtomobillərin şinlərinin qaydasında olmagını tövsiyə edirlər. Tədbirlər rayon yolları ilə yanaşı eyni zamanda​ Qax şəhər ərazisindəki ümümtəhsil müəssələrinin qarşısında da keçirilib.Məktədən çıxan şagirdlərə köməkliklər göstərilib və onların yollarda təhlükəsiz hərəkət etmələri ücün xidmətlər göstərilib.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun