Axışqa türklərinin acı taleyi

  • SpaceTV
  • 16 Noyabr 2019 16:36

Gürcüstanla Türkiyənin həmsərhəd hissəsində yerləşən Axıska adlanan ərazi16 mart 1921-ci ildə Türkiyə – Sovet İttifaqı arasında bağlanmış müqaviləyə əsasən SSRİ-nin tərkibinə verilir.Daha sonra Axısqa türkləri Stalinin imzaladığı bir  qərarla  öz doğma yurdlarından sürgün edilirlər.1944-cü ilin 14 noyabr günü Sovet ordusunun əsgərləri gece saat 10-11 arası  axısqalıların yaşayış məskənlərinə gəlib, müxtəlif vədlərlə  sakinlərdən 2 saat vaxt ərazində evlərini boşaltmağı əmr edirlər.

Ən dəhşətlisi isə soyuq bir noyabr ayında, hara getdiyini, sonunun nə olacağını bilməyən minlərlə insanın heyvanların daşındığı vaqonlarda sürgün olunmasıdır. Sürgün zamanı minlərlə insan soyuqdan,bir çox xəstəlikdən

,acından dünyasını dəyişir,əsgərlər isə  həlak olanları vaqonlardan yerə atıb, yollarına davam edirdilər.

Ümumilikdə  92.000 – 94.000  arası axıska Türkü sürgünə məcbur olub. Sürgündə ağır şərtlər səbəbindən 17 min nəfərdən çox insan həyatını itirib.

Bu gün Axısqa türkləri ABŞ, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə yaşayırlar. Azərbaycanda isə təxminən 80 min Axısqa türkünün yaşadığı bildirilir.Onlar Bakı, Saatlı, Sabirabad, Quba, Xaçmaz və digər şəhərlərdə məskunlaşıb.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun