Axısqa sürgünündən 75 il keçir

  • SpaceTV
  • 18 Noyabr 2019 20:38

Gürcüstanla Türkiyənin həmsərhəd hissəsində yerləşən Axıska adlanan ərazi 16 mart 1921-ci ildə Türkiyə – Sovet İttifaqı arasında bağlanmış müqaviləyə əsasən SSRİ-nin tərkibinə verilir.

SPACE TV bildirir ki, daha sonra Axısqa türkləri Stalinin imzaladığı bir qərarla öz doğma yurdlarından sürgün edilirlər.

Səlim Rzmanov – Axısqa türkü (“GÜNAHSIZ BİR MİLLƏTİ BİR GECƏDƏ AC SUSUZ SÜRGÜN ETDİLƏR. İNSANLARIN EVLƏRİNDƏN NƏ ƏŞYA NƏ DƏ YEMƏK GÖTÜRMƏYLƏRİNƏ İMKAN VERMƏDİLƏR”)

Ən dəhşətlisi isə soyuq bir noyabr ayında, hara getdiyini, sonunun nə olacağını bilməyən minlərlə insanın heyvanların daşındığı vaqonlarda sürgün olunmasıdır.

Dilarə Umarova – Axısqa türkü (“BİR XANIM VAR İDİ, ƏKİZ UŞAQLARI VAR İDİ. ONUN UŞAQLARINDAN BİRİ ÖLÜR VƏ ÖLDÜYÜNÜ BİLMƏSİNLƏR DEYƏ, HƏMİN QADIN ÖLÜ UŞAĞI ÜÇ GÜN ƏMİZDİRİR”)

Sürgündə ağır şərtlər səbəbindən 17 min çox insan həyatını itirib.

Bu gün Axısqa türkləri ABŞ, Türkiyə, ÖzbəkistanQazaxıstanQırğızıstan və digər ölkələrdə yaşayırlar. Azərbaycanda isə təxminən 80 min Axısqa türkünün yaşadığı bildirilir.Onlar BakıSaatlıSabirabadQubaXaçmaz və digər şəhərlərdə məskunlaşıb.

Paylaş

 Xəbəriniz olsun