Avtoxuliqanlıq edən şəxs həbs edilib

  • Space TV
  • 24 Avqust 2020 14:09

Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib.  Spacetv.az-ın məlumatına görə, rayonun Siyakü kənd sakini Səbuhi Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan həmin sürücü saxlanılıb. 

Avtoxuliqanlıq edən Səbuhi Şahbazov Astara Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.

Rövşən Almazoğlu, Astara

Paylaş

 Xəbəriniz olsun