Bayram günlərində 70 mindən çox sərnişin daşınıb
BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib ki, Avtovağzal gücləndirilmiş rejimdə işləyir.
“Gücləndirilmiş iş rejimi avqustun 7-dən başlamışdı və sabaha qədər davam edəcək. Bu gün sıxlıq müşahidə olunmur. Ən çox sıxlıq 10-11 avqust tarixlərində müşahidə olundu. 2 gün ərzində 30 min sərnişin daşındı”, deyə BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib.