Avtoritet küçənin ortasında güllələndi

  • SpaceTV
  • 4 Dekabr 2019 16:40

İtaliyanın Neapol şəhərində küçənin ortasında mafiya qarşıdurması yaşanıb.

SPACE TV  bildirir ki, bu barədə kadrları “Syndicate-18” “Telegram” kanalı yayımlayıb.

Hadisənin bu gün baş verdiyi vurğulanıb.

Kadrlardan görünür ki, sürücü təhlükəsizliklə bağlı vəziyyəti dəyərləndirmək üçün avtomobildən çıxır. Bu vaxt iki killer motosikletə yaxınlaşır və maşının pəncərəsindən yerli avtoritetə atəş açırlar. Sürücü nə baş verdiyini anlayana qədər onlar hadisə yerini tərk edirlər.

Arxa maşında gələn mühafizəçilər də cinayət yerinə vaxtında çata bilmirlər.

Paylaş

 Xəbəriniz olsun