Avtomobillərdən oğurluq edən şəxs tutuldu

  • Space TV
  • 1 Sentyabr 2020 14:19

Bakıda avtomobillərdən oğurluq edən şəxs yaxalanıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisində iki avtomobildən qızıl boyunbağı, mobil telefon və konyak oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cəlilov saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun