Avtomobillə vurulan piyada xəstəxanada öldü

  • SpaceTV
  • 1 Noyabr 2019 10:54

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SPACE TV -ə verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun