Ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən avtomobil yanıb. Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü Abseynov Cəmaləddin Şirinbala oğlunun idarə etdiyi atomobil hərəkətdə olarkən anidən alışıb. Ətrafdakı adamlar alovu söndürməyə çalışsalar da bu mümkünsüz olub. Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.