Avtomobil qadın piyadanı vurdu

  • SpaceTV
  • 22 Sentyabr 2020 17:11

Şirvanda avtomobil qadını vuraraq öldürüb. Spacetv.az xəbər verir ki, hadisə ötən axşam Şirvanın köhnə şəhər adlanan yaşayış massivində qeydə alınıb.

Şirvan şəhər sakini, 27 yaşlı Qulu Əliyev idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanan Şirvan şəhər sakini, 54 yaşlı Fərqanə Həsənovanı  vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun