Avtomobil qaçırıldı

  • SpaceTV
  • 13 Dekabr 2019 16:54

Rayonunun Çaxırlı kənd sakini Nasir Gözəlov DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək özünə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat verib. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Həsənağa oğlu Hüseynovu avtomobillə birgə saxlamağa müvəffəq olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun