Avtomobil qaçıran şəxslər tutuldu

  • Space TV
  • 8 Mart 2021 15:53

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş

 Xəbəriniz olsun