Avtomobil piyadanı vurdu

  • SpaceTV
  • 9 Sentyabr 2019 14:02

Paytaxtda  piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən İlqar Allahverdiyevi  avtomobil vurub. O, əvvəlcə yaşadığı evə getsə də, sonradan özünü pis hiss edib və təcili tibbi yardım çağırıb.

Həkimlərin yoxlanışından sonra İlqar Allahverdiyev dərhal xəstəxanaya gətirilib. Ona döş qəfəsinin küt travması və sağ təpə nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun