Avtomobil körpüdən aşıb -FOTO

  • SpaceTV
  • 24 Sentyabr 2019 14:13

 Hadisə gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. Bakı şəhər  Binəqədi rayon sakini 1980-ci il təvəllüdlü Şahpələngov Qüdrət Tarzan oğlunun idarə etdiyi “Opel” markalı minik avtomobili yoldan çıxaraq körpüdən çaya düşüb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin, Bakının Xətai rayon sakini Əkbərov Bayram Ələddin oğlu ağır xəsarət alıb. Hadisə yerinə dərhal Yol Patrul Xidməti əməkdaşları gəlib. Avtomobili çaydan çıxarmaq mümkün olmasa da, hər iki yaralı çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, sürücü Şahpələngov Qüdrət Tarzan oğlu aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Vahid  Fəxri,  Ağsu Space

Paylaş

 Xəbəriniz olsun