Avtomobil hərəkətdə olarkən alışıb

  • SpaceTV
  • 15 Oktyabr 2019 16:45

Kürdəmir sakini avtomobillə hərəkətdə olarkən maşın qısaqapanma nəticəsində alışıb. Hadisə rayonun Pirli kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Kərimov Uğur Sarıbala oğlu  90 –VC- 105 dövlət nömrə nişanlı Niva markalı avtomaşınla Pirli kənd istiqamətində hərəkətdə olarkən avtomobilində yanğın başlayıb. Sürücü dərhal maşını yolun kənarına sürərək, avtomaşını tərk edib və avtomobil alışaraq yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər şəxsi heyəti cəlb edilib. Maşının 2 təkəri və bir qismi yanğından mühafizə olunub. Ümumilikdə avtomobil yararsız vəziyyətə düşüb. Sürücü cəld hərəkət edib və xoşbəxtlikdən xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

   VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun