Avtomobil divara çırpıldı

  • SpaceTV
  • 9 Noyabr 2019 16:37

Hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində qeyd alınıb. Qəza baş verən zaman hava şəraiti müəyyən qədər dumanlı olduğu üçün Lənkəranın Cil kənd sakini 21 yaşlı Şahhüseyn Nasirzadə idarəetməni itirib. Nəticədə “Vaz 2106” markalı avtomobil yoldan çıxaraq həmin ərazidə yerləşən yarımtikilinin divarına girib və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kənd sakinlərinin köməyilə avtomobilin içində köməksiz vəziyyətdə qalan Şahhüseyn Nasirzadə oradan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun