Avtomobil dərəyə aşıb

  • SpaceTV
  • 14 Oktyabr 2019 16:29

      Kürdəmirdə avtomobil qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ – 2107” markalı minik avtomobili ilə Kürdəmir istiqamətində hərəkətdə olan rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu qəfil idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq dərəyə aşıb. Sürücü müxtəlif növ bədən xəsarətləri alıb və dərhal rayon xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun