Space.TV– məlumat verir ki, Bakı-Sumqayıt yolunda nəqliyyat hadisəsi baş verib, xoşbəxtlikdən ölən olmasa da yaralananlar var. Hadisənin baş verməsinə səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə 42 yaşlı Qayıb Kazımovun avtomobili arakəsməyə çırpılıb. Qəzada xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsin küt travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.