Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

  • Space TV
  • 21 Dekabr 2019 12:10

2020-ci ilin yanvarın 21-də dövlət qurumlarının balansında olan avtomobillər hərraca çıxarılacaq.

SPACE TV-in xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilib.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

Paylaş

 Xəbəriniz olsun