Avtobuslar yeniləndi

  • SpaceTV
  • 23 Sentyabr 2019 11:59

Bu gün 39 nomrəli marşrut xəttində fəaliyyət göstərən köhnə avtobuslar yeniləri ilə əvəz edilib. Avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir.

Tural Şahinoğlu Space

Paylaş

 Xəbəriniz olsun