Avtobuslar toqquşdu 2 nəfər xəsarət aldı -FOTO

  • SpaceTV
  • 13 Sentyabr 2019 17:33

Paytaxtı Sabunçu rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsis baş verib.

Metronun Koroğlu stansiyasının qarşısından Zabrat istiqamətində hərəkətdə olan 131 nömrəli sərnişin avtobusu yol kənarında dayanmış  hələlik sürücüsü məlum olmayan minik avtomobilinə çırpılıb. Daha sonra arxada hərəkətdə olan 198 saylı sərnişin avtobusuda digər avtobusa çırpılıb

Baş vermiş qəza zamanı hər iki avtobusun içərisində olan sərnişinlərindən 1-i xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Qəzadan sonra yolda tıxac da yaranıb. Hələlik qəzanın baş vermə səbəbləri və məlum olmasada , hər 3 sürücü günahkar olmadığını sübut etməyə çalışırdı.

Hadisə yerinə gələn DYP-nin əməkdaşları sürücülərin içkili olub olmadığını yoxlamaq üçün müayinəyə dəvət edib. Onuda bildirək ki, son zamanlar bakıətrafı kənd və qəsəbələrə işləyən sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəzaların sayı artıb.

Rəşad Vəkiloğlu –Space

Paylaş

 Xəbəriniz olsun