Avtobus sürücüsü qaydaları pozub

  • Space TV
  • 21 Dekabr 2019 17:38

Daha  bir  marşrut  xəttinin sürücüsü  sərnişinlərin həyatını təhlükəylə üz-üzə qoymaqdan çəkinməyib. Qayda pozan sürücünü paytaxt sakinlərindən biri lentə alıb

Görüntülərdəndəməlum olur ki, “10 –TF-896” dövlət qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü qoşa zolaqli xəttin tələbini pozaraq nəqliyyatin intensif hərəkət ediyi  magistralda əks yola çıxır. Qayadaları  kobud şəkildə pozan sürücü  sərnişinlərin  həyatını təhlükəyə atmaqla yanaşı magistralda qəza şəraitidə yaradır.

Sözügedən marşurut xəttinin sərnişinləri bildirdilər ki, 26 saylı avtobusun sürücülərinin belə qayda pozamsına demək olar ki, hər gün rast gəlmək mümkündür

26 saylı marşrut xəttinin sürücülərindən birinin  qayda pozaraq sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsindən  bildirdi ki, müşahidə  kameralar  vasitəsi  sürücü tez bir zamanda aşkar edilərək cəzalandırılacaq.

Sərnişinlər üçün təhlükəyə çevrilən 26 saylı marşurut xətti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, artıq sözgedən marşurut xəttinin rəhbərliyi və qayda pozan sürücü agentliyə dəvət olunub və qanun çərçivəsində  tədbir  görülüb.Analoji hadisənin təkrarlanmaması üçün 26 saylı marşurut xəttinin  rəhbərliyinə ciddi tapşırıq verilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun