Avtobus sürücüləri 8 saat əvəzinə…

  • SpaceTV
  • 26 Fevral 2020 16:07

Bəli, ən vacib məsələlərdən biri təhlükəsizlikdir. Bunun üçün də iş qrafiki düzgün təşkil olunmalıdır. Bəs görəsən paytaxtda fəaliyyət göstərən bütün ictimai nəqliyyat vasitələrində bu qaydalara əməl olunurmu?

Bir gün fasilə ilə sutka ərzində 17-18 saat həftədə 72 saatdır ki bu da nəzərdə tutulmuş həftəlik 40 saatlıq iş rejiminin deməy olar ki iki qatıdır. Sürücünun müəyyən olunmuş normadan 2 dəfə artıq işləməsi  onun iş keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Sürücülərin iş və istirahət rejiminə əməl olunmalıdır. Yəni sürücü 8 saatdan artıq avtobusu idarə etməməlidir. Bu, hər gün avtobuslardan istifadə edən minlərlə sərnişinin mənzil başına tam təhlükəsiz çatdırtılması baxımından olduqca mühüm məsələdir. Rastlaşdığımız sürücü -sərnişin davalarının əksəriyyəti də məhz bu səbəblərdən yaranır.

Ekspertlər hesab edir ki,  bu problemlərin həll olması üçün daşıyıcı şirkətlər qarşısında məsələ qoyulmalıdır və onların buna nə dərəcədə əməl etməsinə nəzarət olmalıdır. Yalnız o halda problemlər aradan qaldırıla bilər.  Belə olduqda ağır iş rejimi nəticəsində ortaya çıxan qəzaların da qarşısı alınar.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun