Avtobus avtomobilə çırpıldı -FOTO

  • SpaceTV
  • 24 Sentyabr 2019 14:23

Sərnişin avtobusu minik avtomobilinə çırpılıb, bir nəfər xəsarət alıb.

Hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qazaxdan Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu anidən qarşıda gedən “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan, Bakı şəhər sakini, 50 yaşlı Almaz Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsi tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu Space Hacıqabul

Paylaş

 Xəbəriniz olsun