Avstriyanın sonuncu bölgəsində də karantin rejimi ləğv olunur

  • SpaceTV
  • 22 Aprel 2020 10:20

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyanın Tirol federal əyalətinin bəzi bölgələrində hələ də qüvvədə olan karantin rejimi aprelin 24-də ləğv olunacaq.

SPACE TV  xəbər verir ki, bu barədə məlumatı federal əyalətin qubernatoru Qünter Platter keçirdiyi videokonfransda bildirib. Onun sözlərinə görə, Patsnauntal bölgəsi, Sankt Anton am Arlberq və Sölden bələdiyyələrində son 12 gün ərzində cəmi 10 yeni yoluxma halı qeydə alınıb. Bu müsbət göstərici də müvafiq qurumlara ölkədə sonuncu karantin tətbiq olunan bu ərazilərdə həmin rejimin ləğv edilməsi zərurətini yaradıb.

Qeyd edilməlidir ki, Avstriya koronavirus infeksiyasının ən çox yayıldığı bu ərazilərdə karantin rejimi martın 13-də elan olunmuşdu. Həmin ərazilərin sakinləri və turistlərin də yoluxma faktları əyalət hökumətini martın 19-da bütün federal əyalətdə karantin elan etməyə vadar etmişdi. İndiyədək 3433 nəfərin infeksiyaya yoluxduğu Tirol Avstriyanın doqquz federal əyaləti arasında ən yüksək yoluxma göstəricilərinə malikdir.

Paylaş

 Xəbəriniz olsun