Avstriyada yaşayış binasında partlayış baş verib – FOTO

  • Space TV
  • 29 Yanvar 2021 15:04

Avstriyanın Langenzersdorf icmasında yaşayış binasında partlayış baş verib. Binanın bir neçə mərtəbəsi uçub.

360 TV-nin məlumatına görə, bu barədə Avstriya Mətbuat Agentliyi fövqaladə xidmətlərə istinadən xəbər verib. Hadisə yerinə iki helikopter cəlb olunub.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaxınlıqdakı evlərin sakinləri təxliyyə olunub. Partlayışın səbəbi məlum deyil.

Paylaş

 Xəbəriniz olsun