Avstriyada Vyana terrorunun qurbanları anılıb

  • Space TV
  • 10 Noyabr 2020 12:07

“Azer Der” Cəmiyyəti Avstriyada fəaliyyət göstərən türk icmaları ilə birlikdə Vyana şəhərində törədilmiş terror qurbanlarının xatirəsini yad edib.

Spacetv.az xəbər veirr ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbir iştirakçıları şəhərin mərkəzində yaradılmış anım guşəsinə gül dəstələri qoyaraq terroru pisləyiblər.

Diaspor nümayəndələri bildiriblər ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq, terror aktları yolverilməzdir və ağır cinayət sayılır.

Həmvətənlərimiz həmçinin, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktları barədə də şəhər sakinlərini məlumatlandırıblar.

Paylaş

 Xəbəriniz olsun