Avstriyada keçirilən parlament seçkilərində Sebastian Kurtsun partiyası qalib gəlib

  • SpaceTV
  • 30 Sentyabr 2019 07:07

“Space” RİA “Novosti”yə istinadən xəbər verir ki, Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Sebastian Kurtsun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” rəqiblərini üstələyərək qalib gəlib.

Bu barədə seçki prosesinə cavabdeh olan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

“Avstriya Xalq Partiyası” 38,4 faiz, “Avstriya Sosial-Demokratlar Partiyası” 21,5 faiz, sağçı “Avstriya Azadlıq Partiyası” isə 17,3 faiz səs toplayıb.

Nəticələrə hələ erkən səs vermə daxil edilməyib.

 

Paylaş

 Xəbəriniz olsun