Avstriya şahzadəsi tutuldu

  • Space TV
  • 8 Sentyabr 2020 15:54

Avstriyada şahzadə V Avqust Ernest Hannover tutulub.

Spacetv.az xəbər verir ki, “Kronen Zeitung” qəzetinin yazdığına görə, onun tutulma səbəbi xidmətçini təhdid etməsi və dövlət əmlakına ziyan vurmasıdır.

66 yaşlı Hannover sülaləsinin başçısının Yuxarı Avstriyadakı evində tutulduğu qeyd olunur.

Xidmətçinin dediyinə görə, şahzadə evdə səssiz gəzməyəcəkləri təqdirdə onu və ərini ölümlə təhdid edib. Bundan başqa, o, hersoq Kamberlendski fonduna məxsus obyektdə yol nişanına və pəncərəyə ziyan vurub.

Paylaş

 Xəbəriniz olsun