Avstraliyada meşə yanğınlarını söndürən təyyarə qəzaya düşdü – 3 nəfər ölüb

  • Space TV
  • 23 Yanvar 2020 15:02

Avstraliya Xilasetmə Xidməti Yeni Cənubi Uels ştatında meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarənin qəzaya uğradığı haqqında məlumat verib.

SPACE TV xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan üç nəfər həlak olub.

Xatırladaq ki, Avstraliyada rəsmilər ölkənin cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatı ərazisində meşə yanğınlarının söndürülməsinə cəlb edilən təyyarə ilə əlaqənin kəsildiyini bildirmişdilər.

Paylaş

 Xəbəriniz olsun