Avstraliyada meşə yanğınları can almağa davam edir

  • Space TV
  • 4 Yanvar 2020 15:12

Cənubi Avstraliya ştatında yerləşən Kenquru adasında yanğınlar daha iki nəfərin ölümünə səbəb olub.

SPACE TV  xarici mediaya istinadla xəbər verir ki, Avstraliya hökuməti ölkənin cənub-şərq hissəsini ağuşuna almış meşə yanğınları ilə mübarizə məqsədilə ehtiyatda olan üç min şəxsi də yanğınların söndürülməsinə cəlb edəcək. Bu barədə Avstraliyanın Baş naziri Skott Morrison brifinqdə bəyan edib. Baş nazir, həmçinin bildirib ki, hökumət yanğınsöndürmə təyyarələrinin icarəsi ilə bağlı 20 milyon Avstraliya dolları (13,9 milyon ABŞ dolları) vəsait ayırıb.

Xatırladaq ki, oktyabrın ortalarından başlayaraq Avstraliyanın şərq sahillərində meşə yanğınları tüğyan edir. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir.

Təbii fəlakət nəticəsində 1300 evin, 2500 inzibati binanın yandığı da qeyd edilir.

Paylaş

 Xəbəriniz olsun