Avstraliyada genişmiqyaslı yanğın onlarla evi məhv etdi

  • Space TV
  • 2 Fevral 2021 10:50

Avstraliyanın Qərb sahillərində baş vermiş genişmiqyaslı yanğın nəticəsində Suon şəhərində 20-30 ev yanıb.

Spacetv.az xəbər verir ki, bu barədə WA Today məlumat yayıb.

Yanğın nəticəsində təxminən 400 nəfər evindən təxliyə edilib. Sakinlər təxliyə mərkəzlərində yerləşdiriliblər.

Hazırda xilasetmə xidmətləri yanğın nəticəsində ölən və yaralananların olub-olmadığını müəyyən etməyə çalışır.

Paylaş

 Xəbəriniz olsun