Avstraliya qondarma seçkiləri tanımır

  • SpaceTV
  • 4 İyun 2020 11:45

Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə ermənilərin beynəlxalq hüquq normaları, eləcə də münaqişə ilə bağlı sülh danışıqlarına zidd özbaşınalıqlarını pisləyir. Belə ki, bu dəfə Avstraliya-Azərbaycan assosiasiyası tərəfindən rəsmi Kanberraya məktub ünvanlanıb ki, erməni separatçıları beynəlxalq hüquq və ictimaiyyətin tələblərinə məhəl qoymur.

Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, “Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır”

Rusiyalı politoloq Oleq Kuznetsov işğalçıları müasir dövrümüzdə gənc təfəkkürlərə sırıdıqları saxta İrəvan tarxini dartmadağın edib. Belə ki, onun sözlərinə görə, irəvan tarixinin saxtalaşdırılması Ermənistan SSR Tarix və Ermənişünaslıq institutunun əməkdaşları tərəfindən 1960-cı illərdə başlanılıb. Rusiyalı ekspertin açıqlaması səs-küyə səbəb olub, çünki o həm də tarixçi və qafqazşünasdır. Yəni erməni uydurmalarına bələd insandır. siyasi şərhçik bütün bunları İrəvan şəhərinin ermənilərə məıxsus olmadığını əks etdirən videonu şərh edərkən deyib. Belə ki, həmin videoda erməni memar Aqnessa açıq şəkildə bildirir ki,  İrəvan heç vaxt erməni şəhəri olmayıb.

Elə erməni memar Aqnessanın dediyi, yaxud tarixçiləri Filipp Vartanoviç Ekozyantsın da yazdığı kimi – xristian ermənilər, gürcülər, aysor və albanlar İrəvan əhalisinin yalnız 10 faizə qədərini təşkil edib və buranın əsas sakinləri müsəlman türkləri – azərbaycanlılar olub

Anar Rəhimov Space tv

Paylaş

 Xəbəriniz olsun