Avrozonada likvidlik profisiti tarixi maksimumu yeniləyib

  • Space TV
  • 12 Oktyabr 2020 15:15

Avrozonada likvidlik profisiti ardıcıl 11 gün artaraq tarixin ən yüksək səviyyəsinə qalxıb.

Spacetv.az xarici mətbuata istinadən xəbər verir ki, regionda 3 və 12 aylıq “Euribor” faizləri isə ən aşağı həddə düşüb.

Məlumata görə, aylıq “Euribor”un  faiz dərəcələri 0,2 faiz bəndi azalaraq mənfi 0,511%, 12 aylıq “Euribor” faizləri isə 0,5 faiz bəndi azalaraq mənfi 0,468% olub.

Bu gün USD/EUR nisbəti 1,1808 səviyyəsində olub. 

Paylaş

 Xəbəriniz olsun