“Avroviziya-2020” təxirə salındı

  • SpaceTV
  • 18 Mart 2020 17:05

“Avroviziya-2020” musiqi yarışması növbəti il keçiriləcək. 

“Çempionat” saytı xəbər verir ki, bununla bağlı müsabiqənin təşkilatçıları məlumat yayıb. 

Bildirilib ki, koronavirusla əlaqədar müsabiqə gələn ilə qədər təxirə salınıb:

“Müsabiqə gələn il Rotterdamda yeni nömrələr və yeni mahnılarla keçiriləcək. Qaydalara uyğun olaraq, iştirakçılar bu il təqdim etdikləri mahnıları ifa edə bilməyəcəklər. Ancaq iştirakçılar arasında dəyişiklik olmayacaq”.

Paylaş

 Xəbəriniz olsun