Avropanın mərkəzində 6,4 bal gücündəki zəlzələ beş ölkəni silkələdi

  • Space TV
  • 29 Dekabr 2020 16:13

Xorvatiyanın paytaxtı Zaqrebdə 6.4 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Milliyet” xəbər yayıb.

Yeraltı təkanlar Avstriya da daxil olmaqla, beş Avropa ölkəsində hiss edilib.

Hələlik zəlzələnin fəsadları barədə məlumat yoxdur.

Xatırladaq ki, dünən günorta saatlarında Zaqrebin yaxınlığında 5.2 bal gücündə zəlzələ qeydə alınmışdı.

Paylaş

 Xəbəriniz olsun