Avropada koronavirusun sürətlə yayıldığı ölkə

  • Space TV
  • 5 Sentyabr 2020 12:56

İspaniyada adambaşına düşən göstəriciyə görə, digər Avropa ölkələrindən daha çox koronavirus xəstəsi var.

Ölkədə koronavirusa gündəlik yoluxma sayı son dörd ayda ən yüksək səviyyəyə çatıb.

Spacetv.az xəbər verir ki, “Bloomberg” bu barədə İspaniya Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Son 24 saat ərzində ölkədə 4503 koronavirusa yeni yoluxma qeydə alınıb.

Bu, aprelin 23-də 4635 yoluxma hadisənin təsdiq olunduğundan bəri ən yüksək gündəlik göstəricidir.

Paylaş

 Xəbəriniz olsun