Avropada koronavirus əleyhinə vaksinasiya başladı

  • Space TV
  • 8 Dekabr 2020 09:59

Böyük Britaniya Qərbdə əhalini koronavirus əleyhinə peyvəndləməyə başlayan ilk ölkə olub.

Spacetv.az barədə “Regnum” xəbər yayıb.

“Pfizer” və “BioNTech” tərəfindən hazırlanan COVID-19 peyvəndi ilk növbədə İngiltərə, Uels və Şotlandiyada risk qruplarına vurulacaq.

Şimali İrlandiya hökuməti vaksinasiyaya həftənin əvvəlində başlayacaqlarını bildirib.

Böyük Britaniyaya peyvənd tədarükü edən şirkətlərindən biri olan “NHS Provayders” baş menecerinin müavini Şafran Korderi İngiltərədə 50 xəstəxananın artıq peyvənd aldığını və vaksin paylanmasının tam sürətlə getdiyini deyib.

Böyük Britaniyanın Səhiyyə Nazirliyi bu ilin dekabr ayının sonuna qədər 4 milyon dozaya qədər “Pfizer” və “BioNTech” peyvəndi alacağını bildirib.

Paylaş

 Xəbəriniz olsun