Avropada bütün yarışlar ləğv olunur, Belarusda isə çempionat başlayır

  • SpaceTV
  • 19 Mart 2020 13:42

Avropada koronavirusa görə futbol çempionatlarının təxirə salındığı bir vaxtda Belarusda qeyri-adi qərar qəbul edilib.

SPACE TV  xəbər verir ki, Belarus Futbol Federasiyaları Assosiasiyası yerli çempionatın keçiriləcəyini bildirib.

Belə ki, bu gün Belarusun 30-cu çempionatı Minskdə “Energetik-BQU” – BATE matçı ilə start götürəcək. Maraqlıdır ki, çempionat üçün yerli futbol qurumu hər hansı qadağa tətbiq etməyəcək.

Sözügedən qurumun sədri Vladimir Bazanov keçirdiyi mətbuat konfransında stadionun girişlərində hər hansı nəzarətin olmayacağını açıqlayıb.

Qeyd edək ki, Avropada hazırda davam edən yeganə çempionat Türkiyə Super Liqasıdır. Lakin orda bütün matçlar azarkeşsiz keçirilir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqası xüsusi rejimin tətbiq edildiyi aprelin 14-dək təxirə salınıb. Bu isə dörd turun planlaşdırılmış vaxtda oynanılmayacağı anlamına gəlir. 

Paylaş

 Xəbəriniz olsun