Avropa və Asiya arasında qızıl qapı -VİDEO

  • SpaceTV
  • 15 Aprel 2020 11:30

Bu konteynerin yükü ağırdı, yükün gəldiyi yollar isə dəmirdəndir. Bəli, dəmir yolları ilə uzaq Avropa ölkələrindən gələn yüklərin yolu sudan düşəcək. Bura qədər həm quru, həm dəmir yollarıyla daşınan yüklər elə ki Ələtə çatdı,  haqqında danışdığım bu konteynerlərin içinə doldurulur və Ya ALLAH gəmiyə yüklənib Xəzərin o tayına, Türkmənistana yola salınır və bu  yol da son deyil. Yüklərin gözləyəni lap uzaqdadır. Mərkəzi Asiyada.

Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan tarix boyu Avropa ilə  Asiya arasında qızıl körpü rolunu oynayıb. Şərq və Qərb arasında ticarət qovşağı olması Azərbaycanın iqtisadi-siyasi həyatına birbaşa təsir edən amillərdən olub. Azərbaycan Çindən İspaniyaya qədər uzanan Böyük İpək yolundakı mövqeyini əsrlər keçməsinə  baxmayaraq bu gün  də qorumaqdadır.

Türkiyədən  daxil olan yüklərin Orta Asiya istiqamətində fasiləsiz olaraq daşınmasını  təmin etmək məqsədilə bu gün Bakı Limanında bir ilkə imza atılıb. Avtomaşınlardakı yüklər konteynerlərə çevrilərək fider gəmisinə yüklənib.

Qeyd edək ki, Balkan fider gəmisi Türkmənbaşı limanına 62 konteyner çatdıracaq.

 “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov bildirdi ki, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş “Balkan” gəmisi həftədə bir dəfə yola çıxacaq. Daşınan yükün həcmi artarsa, bu gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur.

Natiq Cəfərov əlavə etdi ki, növbəti mərhələdə Türkiyənin İstanbul şəhərindən, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, onlar Orta Asiyaya daşınacaq. Direktor fider tipli Balkan gəmisinin koronavirusdan sonrakı dövürdə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirdi.

Bildirilir ki ümumilikdə dəmiryolu vasitəsi ilə yükl daşımaları davam edir. Bakı limanından keçən illə müqayisədə  bu ilin geridə qalan dövrü ərzində yük daşımaları 40 000 ton artıb.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun