Avropa Parlamenti Belarusdakı seçkiləri tanımayıb

  • Space TV
  • 17 Avqust 2020 16:53

Avropa Parlamentinin üzvləri Belarusdakı seçkilərin nəticələrini tanımayıblar.

Spacetv.az xəbər verir ki, bu barədə Brüsseldə parlamentin partiyalarla ortaq bəyanatında deyilir.

“Avqustun 9-da prezident seçkiləri nə azad, nə də ədalətli keçdi. Etibarlı hesabatlar Svetlana Tixanovskayanın qələbəsindən xəbər verir.

Buna görə də biz Aleksandr Lukaşenkonu Belarusun yenidən seçilmiş prezidenti kimi tanımırıq və onu Avropa İttifaqında “persona non grata” (arzuolunmaz şəxs) hesab edirik.

Belarus xalqının müstəqil müşahidəçilərin nəzarəti altında azad seçkilərlə bağlı yeni tələblərinə qoşuluruq”, – deyə bəyanatda qeyd edilir.

Paylaş

 Xəbəriniz olsun