Avropa Liqası: “Qarabağ”ın qrupdakı rəqibləri bilindi

  • Space TV
  • 2 Oktyabr 2020 15:49

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Spacetv.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivbasspor” komandaları ilə birlikdə I qrupunda yer alıb.

UEFA Avropa Liqası

I qrupu

“Vilyarreal” (İspaniya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Sivasspor” (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək. 

Paylaş

 Xəbəriniz olsun