Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu

  • SpaceTV
  • 25 Sentyabr 2020 09:43

“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. 

Spacetv.azz xəbər verir ki, bu, Polşa “Legiya”sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo “Drita”sını üstələyib – 2:0. 

 “Legiya” (Polşa) – “Drita” (Kosovo) – 2:0
Qollar: Pavel Vşolek 24, Tomaş Pekhart, 43

Qeyd edək ki, Ağdam klubu “Legiya” ilə səfərdə qarşılaşacaq. Oyun oktyabrın 1-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun