Avropa Liqası: “Qarabağ”ın legioneri ən intizamsız futbolçu sayıldı

  • Space TV
  • 6 Noyabr 2020 14:39

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Spacetv.az-ın məlumatına görə, ilk 3 tur ərzində ən çox qaydanı pozan futbolçuların siyahısında “Qarabağ”ın üzvü Filip Ozobiç də yer alıb.

29 yaşlı yarımmüdafiəçi bu göstəriciyə görə ilk iki pilləni bölüşür. Xorvatiyalı oyunçu və Serbiya “Srvena Zvezda”sında çıxış edən Dieqo Farçinelli üç oyun ərzində 13 dəfə “foul” edib. Ozobiç ardıcıl 3 görüşdə sarı vərəqə ilə cəzalandırılıb və IV turda cəzalı duruma düşüb.

“Qarabağ” klubu Avropa Liqasındakı 48 komanda arasında qayda pozuntuların sayına görə 3-4-cü pillələri bölüşür. Ağdam təmsilçisi və Avstriya “Rapid”i 3 görüşdə 52 dəfə kobudluq edib. İsveçrə “Yanq Boyz”u birinci (59 “foul”), Çexiya “Slaviya”sı (54 “foul”) isə ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, qrup mərhələsində IV turun “Qarabağ” – “Sivasspor” matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Paylaş

 Xəbəriniz olsun