Avropa Liqası: İspaniya və İngiltərə təmsilçiləri “Yuventus”un meydanında oynayacaq

  • Space TV
  • 9 Fevral 2021 17:44

“Real Sosyedad”la “Mançester Yunayted” arasında oynanılacaq Avropa Liqasının 1/16 final mərhələsinin ilk qarşılaşması İspaniyada baş tutmayacaq.

Bu barədə “El Diario Vasco” məlumat yayıb.

İspaniya hökuməti koronavirusun Britaniya ştammının yayılması təhlükəsinə görə “Mançester Yunayted”in ölkəyə gəlməsinə icazə verməyib.

Nəşr qeyd edir ki, görüş Turində “Yuventus”un ev oyunlarını keçirdiyi “Alyans Arena”da baş tutacaq.

Hətta cavab qarşılaşmasının da neytral meydanda keçiriləcəyi bildirilir.

Paylaş

 Xəbəriniz olsun