Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı

  • Space TV
  • 22 Oktyabr 2020 10:53

Gürcüstan Avropa İttifaqının təhlükəsiz ölkə siyahısından çıxarılıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Pisləşən epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanla bərabər Kanada və Tunis də Aİ-nin təhlükəsiz ölkələr siyahıdan çıxarılıb.

Digər dəyişikliyə əsasən Aİ olmayan doqquz ölkə – Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Tailand, Uruqvay, Cənubi Koreya və Yaponiya təhlükəsiz ölkələr elan edilib.

Paylaş

 Xəbəriniz olsun