Avropa İttifaqı “Facebook”un kriptovalyutasına qadağa qoydu

  • SpaceTV
  • 7 Dekabr 2019 11:12

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin maliyyə nazirləri “Facebook” kriptovalyutasının öz ölkələrində istifadəsinin qadağan edilməsi üzrə qərar qəbul ediblər.

SPACE TV technote-yə istinadən xəbər verir ki, bununla bağlı Brüsseldə görüş keçirilib.

Onların fikirlərinə əsasən qanunvericilik hələlik buna hazır deyil. Bu qərar təkcə “Libra”nı deyil, həmçinin real valyutaya bitişik olan digər “stablecoinləri” də əhatə edib.

Hazırda virtual vəsaitlərin Avropa İttifaqında istifadəsi üçün qanunvericiliyin tərtib olunmasına start verilib. Hətta Aİ özü fərdi kriptovalyutasını da hazırlamağa başlayıb. Həmin kriptovlayuta fərdi şirkətlər tərəfindən təqdim edilən rəqəmsal vəsaitlərə alternativ variant olmalıdır.

Qeyd edək ki, “Facebook” “Libra” adlı kriptovalyutasını hələ bu ilin yayında anons etmişdi. Layihənin gələn ilin iyununda istifadəyə verilməsi planlaşdırılır.

İlkin mərhələdə həmin layihəyə 20 şirkət qoşulsa da, sonradan onlardan bir neçəsi “Libra”dan imtina ediblər. Oktyabrda sözügedən layihədən “PayPal”, “Mastercard”, “eBay”, “Visa”, “Stripe” və “Mercado Pago” kimi şirkətlər çıxmışdılar.

Paylaş

 Xəbəriniz olsun