Avropa İttifaqı dövlətləri Böyük Britaniya ilə əlaqələri kəsir

  • Space TV
  • 21 Dekabr 2020 10:00

Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa İttifaqına üzv olan azı 14 ölkə Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.

Artıq Niderland və Belçika Böyük Britaniya ilə dəmir yolu əlaqəsini kəsib.

İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya isə İngiltərə ilə hava əlaqələrini dayandırıb.

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb.

Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, yeni COVID-19 adi virusdan daha sürətlə yayılır.

Paylaş

 Xəbəriniz olsun