Avropa İttifaqı Britaniya ilə əlaqələri dayandıra bilər

  • Space TV
  • 21 Yanvar 2021 10:35

Avropa İttifaqı (Aİ) ölkələri Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandıra və vətəndaşlarının girişinə qadağa qoya bilər.

Spacetv.az xəbər verir ki, bu barədə “The Times” xəbər verir.

“Aİ-yə üzv dövlətlər xalqın sağlamlığının qorunmasını zəruri hesab edir. Onlar koronavirusun geniş yayıldığı ölkələrdən sərnişin daşınmasına və girişə müvəqqəti qadağalar qoymaqda sərbəstdirlər”- deyə qeyd olunur.

Bildirilir ki, bu təklif Aİ-də nəzərdən keçirilir.

Qeyd edək ki, COVID-19-un yeni növünün ilk rast gəlindiyi Britaniya koronavirusdan gündəlik ölüm sayına görə hazırda dünyada birinci yerdədir.

Paylaş

 Xəbəriniz olsun